"Hal-hazırda ölkəmizdə iqtisadi durum bəllidir. Müəyyən narahatçılıqlar var. Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən təcili müşavirə də özündə ölkəyə yeni valyutanın gətirilməsini ehtiva edir". Bunu SİA-ya iqtisadçı-ekspert Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, cənab Prezident və hökumətin hal-hazırki məqsədi ölkəyə geniş investor axınını cəlb etməkdir: "Bunun üçün ölkəmizdə hər cür şərait var. Təbii ki, müəyyən problemlər də var. Ölkədə olan ictimai-siyasi sabitlik, geniş və müasir infrastruktur investorların gəlməsi üçün mühüm şərtlərdəndir. Amma təbii ki, cənab İlham Əliyevin vurğuladığı idxal -ixrac inhisarçılığı bizə tam olaraq imkan vermir ki, investorlar gəlsin. Bizim təklifimiz bundan ibarət idi ki, Gömrük Komitəsinin bir sıra səlahiyyətləri "ASAN" xidmətə verilsin. Yəni elektronlaşsın. Ölkə prezidentinin təşəbbüsü ilə yaradılmış və ölkədə ən yüksək və keyfiyyətli xidmət sayılan "ASAN" xidmətin fəaliyyəti artıq hər kəsə bəllidir. Odur ki, biz cənab Prezidentin siyasi iradəsinə arxalanırıq və bu çətinlikdən də üzüağ çıxacağımıza ümid edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB