"Ümumiyyətlə qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin son müşavirəsi özündə bir sıra predmetləri açdı. Sadalananlardan bir qismi də süni bahalaşmadır. Ümumiyyətlə biz süni bahalaşma dedikdə nə nəzərdə tuturuq, bunu aydınlaşdırmaq lazımdır. Süni qiymət artımı üzrə ölkə Prezidenti artıq 4-cü dəfədir ki, tapşırıq verir. Amma biz bəzi məsuliyyət sahibi qurumların əməli fəaliyyətini görmürük". Bunu SİA-ya iqtisadçı Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, monitorinqlər keçirilməli, xərclər strukturuna baxılmalıdır: "Qeyd edim ki, bu iqtisadi nəzəriyyənin əsasıdır ki, rəqabətcil şəraitdə qiymət artımı müşahidə olunmur. Demək problem, inhisarçılıqdadır. Ölkə Prezidenti daimi olaraq inhisarçılıqla bağlı çıxışlar edir və inhisarçıları pisləyir. Bu gün qiyməti qaldıran sahibkar deyil, inhisarçıdır. İnhisarçı qiyməti qaldırdığı üçün son şəxs də müştəri ilə üzbəüz dayanır, həmin şəxs də qiyməti qaldırır. Bununla da təzyiq yalnız axırıncı şəxsə dəyir. Bunun üçün birmənalı olaraq və təxirə salınmaz şəkildə inhisarçılıq ləğv edilməlidir".
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB