Aydın Mirzəzadə: "Müxalifət əhalinin banklara olan borcu ilə siyasi spekulyasiya edir" AÇIQLAMA

Aydın Mirzəzadə: "Müxalifət əhalinin banklara olan borcu ilə siyasi spekulyasiya edir" AÇIQLAMA

"Müxalifəti əhalinin sosial problemlərinin həlli deyil, bu zəmində siyasi reytinq yığmaq maraqlandırır". Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, müxalifət bu gün manatın devalvasiyası ilə bağlı gedən proseslərdə bir qayda olaraq qeyri-obyektiv informasiya yayır: "Onlar məsələni mahiyyətindən uzaqlaşdırmağa çalışırlar. Manat subyektiv qərarlara görə yox, dünya maliyyə bazarlarında gedən proseslərə görə, dollara olan nisbətini dəyişib. Bu, qaçılmaz prosesdir. Bu məsələdə müxalifət siyasi xal yığmağa çalışır. Müxalifət əhalinin banklara olan borcu ilə siyasi spekulyasiya edir. Müxalifət desə də, deməsə də bu məsələ iqtidarın diqqətindədir".

Millət vəkili qeyd edib ki, bu gün Mərkəzi Bank əhalinin banklara olan borcu məsələsi ilə bağlı özəl banklara qərar vermək barəsində tövsiyə edib: "Hazırda məsələ özəl banklar tərəfindən araşdırılır. Şübhəsiz ki, əhalinin maraqları nəzərə alınaraq, müəyyən qərara gəlinəcək. Bunun özü də göstərir ki, dövlət əhalisini heç bir zaman çətinlikdə qoymayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə