“Günəşli” yatağında yeni quyu qazılır

“Günəşli” yatağında yeni quyu qazılır

"Günəşli" yatağındakı 11-ci özüldə 30 nömrəli quyuda qazma işlərinə başlanılıb. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, "Azneft" İstehsalat Birliyi "28 May" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 4100 metrdir.Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 000 kubmetr qaz və 15 ton neft hasil olunacağı nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə