“Elektron hökumət” portalına inteqrasiya olunub

“Elektron hökumət” portalına inteqrasiya olunub

Bu il dekabrın 1-nə olan statistikaya əsasən, Nazirlər Kabinetinin təsdiqlədiyi 462 xidmətdən 345-i "Elektron hökumət" portalına inteqrasiya olunub. Bu da siyahıdakı xidmətlərin 75 faizini təşkil edir. SİA-nın xəbərinə görə, statistik göstəricini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi açıqlayıb.

Qeyd edək ki, "Elektron xidmət növlərinin Siyahısı" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilib.

"Elektron hökumət" portalı 2012-ci ilin aprel ayından istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə