"Azərbaycanda dəmir yollarının ətrafında tikilən qanunsuz tikililərin siyahısı hazırlanır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C. Qurbanov bildirib ki, hazırda qanunsuz tikililərlə bağlı məsələyə baxılır.
"Bununla bağlı yeni məlumat yoxdur, olacağı təqdirdə ictimaiyyətə açıqlanacaq. Hazırda qanunsuz tikililərin siyahıya alınması işləri gedir"- deyə QSC sədri qeyd edib.
Şimal-Cənub dəhlizi layihəsi ilə bağlı açıqlama verən C. Qurbanov sözügedən layihənin lazımlı olduğunu vurğulayıb: "Şimal-Cənub dəhlizi bizə lazım olan layihə olduğundan bu işi asanlaşdırmağa çalışırıq. Artıq bununla bağlı Koordisaya Şurası da yaradılıb. Dekabrın 21-də İran paytaxtı Tehran şəhərində görüş keçiriləcək. Görüşdə məsələlərin konkret qoyulması nəzərdə tutulub. Birinci mərhələ olaraq, Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr yol çəkiləcək. Bundan başqa, 100 metrlik də körpü tikiləcək. Bu da yüklərin asan daşınması üçün edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB