SOCAR-ın noyabr ayı üzrə ödənişləri

SOCAR-ın noyabr ayı üzrə ödənişləri

SOCAR 2015-ci ilin noyabr ayında dövlət büdcəsinə 133 milyon 599 min manat vəsait ödəyib. SİA-nın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, 2015-ci ilin yanvar-noyabr aylarında büdcəyə 1 milyard 404 milyon 875 min manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin noyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 189 min manat vəsait köçürüb.

Qeyd edək ki, bu göstərici ötən ilin noyabr ayı ilə müqayisədə 571 min manat və ya 105,4 faiz çox olub. 2015-ci ilin yanvar-noyabr aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 126 milyon 606 min manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə