"Sabah havaların soyuması ilə əlaqədar olaraq, vertolyotla axtarış işlərinin aparılmasına FHN qərar verəcək". SİA-nın xəbərinə görə, bunu Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, gəmilərlə axtarış işləri küləyin sürətindən asılı olaraq müvəqqəti dayandırılacaq, sonra yenidən davam etdiriləcək: "Güclü külək səbəbindən qadağan olunan işlər görülməyəcək, qalan işlər isə davam etdiriləcək".
Baş mühəndis qeyd edib ki, hadisə nəticəsində sağ qalanlar SOCAR-ın işçiləridir: "Həmin şəxslərin işləyib-işləməsi onların özlərinin səlahiyyəti daxilindədir. Ölən şəxslərin ailələrinə bütün maddi təminat göstəriləcək. O ailələrə kifayət qədər normal məbləğdə vəsait ödəniləcək. Bu həmin işçilərin iş stajından, ailə vəziyyətindən və əməkhaqqının məbləğindən asılı olacaq".
B.Ağarəhimov deyib ki, platformada hadisə baş verən gün bütün işlər dayandırılmışdı: "Həmin gün bizim əməkdaşlarımız iş yerində olmadığından partlayış zamanı heç kim xəsarət almayıb. Əks halda, onlar ağır xəsarət ala bilərdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB