ABŞ və AB Ukraynaya zamin durmayacaq İntriqa

ABŞ və AB Ukraynaya zamin durmayacaq İntriqa

Ukraynanın Rusiya qarşısında 3 milyard ABŞ dolları həcmində olan borcu ilə əlaqədar hekayə bitmək üzrədir. ABŞ bu borca restrukturizasiya olunandan sonra təminat verməkdən imtina etdi. SİA-nın məlumatına görə, bunu fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, Rusiyanın maliyyə nazirliyi isə dekabr ayının 20-dək öhdəliklərin yerinə yetirilməməsi baş verərsə iddianın hazırlanacağını bəyan etdi: "Xatırladaq ki, 20 dekabr 2013-cü ildə Ukrayna İrlandiya fond birjasında 3 milyard ABŞ dolları həcmində avroistiqrazlar yerləşdirib. O dövrdə avroistiqrazları Rusiya hökuməti Milli Ehtiyyatlar Fondunun vəsaiti hesabına əldə edib. Borcun ödənilməsi üzrə vaxt öhdəliyi isə 20 dekabr 2015-ci ildə bitməkdədir. Kiyevin mövqeyi ondan ibarətdir ki, bu borcu kommersiya borcu kimi səciyyələndirmək və onu fərdi investorlarla olduğu kimi restrukturizasiya etmək lazımdır. Lakin BVF (beynəlxalq valyuta fondu) bu mövqeyi dəstəkləmir. Fonddan verilən məlumata görə, qurum bu borcu suveren borc kimi tanıyır və ona kommersiya borcu kimi yanaşmağa uyğun hesab etmir. Yaranmış vəziyyətdə Kiyev mesaj göndərərək bildirir ki, Rusiyanın iki variantı vardır: Rusiya Federasiyası ya borcun Kiyevin şərtləri əsasında silinməsinə razılaşacaq ya da ümumiyyətlə Ukrayna tərəfindən ödəniş olunmayacaq. Sonrakı intriqa daha da maraqlı trayektoriya aldı".

Ekpert deyib ki, 2015-ci ilin noyabrında Vladimir Putinin təklifi ilə Rusiya Ukraynanın borcunun restrukturizasiyasına razılaşaraq bu məbləği 3 il ərzində (2016-2018) ödənilməsini məqbul hesab edib: "Bu hesablama ilə Ukrayna Rusiyaya hər il 1 milyard ABŞ dolları ödəməli olacaq. Bizdən ödənişlərin restrukturizasiyasını xahiş etdikdə mövqeyimiz belə oldu ki, Ukrayna bu il ümumiyyətlə ödəniş etməsin, 2016-cı ildə - 1 milyard, 2017-ci ildə – 1 milyard və 2018-ci ildə 1 milyard məbləğində öhdəliklərini yerinə yetirsin". Bu fikri Rusiyanın lideri Vladimir Putin bildirərkən, Ukraynaya daha da imtiyazlı və dərin restrukturizasiya şərtlərini təklif edib. Rusiyanın maliyyə nazirliyindən isə bildirildi ki, bu cür restrukturizasiya şərtlərini Rusiya öz təşəbbüsü ilə irəli sürdü.

Lakin intriqalı təklifin maraqlı tərəfi ondan ibarətdir ki, bu borcun hissə-hissə ödənilməsinə görə və Ukrayna hökümətinə bir il möhlət verdiyinə görə Rusiya Federasiyası məbləğin təminatçısı kimi ABŞ hökumətini və ya AB-nı görmək istədiyini vurğuladı. Ötən həftənin sonunda ABŞ hökuməti Ukraynanın Rusiya qarşısında dövlət borcunun ödənilməsi prosesində təminatçı olmağından imtina edib. Belə olan halda Rusiya hökumətinin növbəti addımı Ukraynaya qarşı 20 dekabr 2015-ci ilədək bütün borcun ödənilməsinə dair iddianın qaldırılması və onun təmin olunması tələbidir.

Böyük ehtimal ilə Ukrayna bu öhdəliyi yerinə yetirə bilməyəcək və suveren defolt vəziyyətinə düşəcək. Bununla yanaşı Ukraynanın Beynəlxalq Valyuta Fondundan növbəti kreditin almaması riski artmaqdadır. Buna səbəb isə ölkənin vergi islahatları layihəsinin tam hazır olmadığı üçün 2016-cı ilin büdcəsinin qəbul olunmamasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə