"Yapı Kredi Bank Azərbaycan" da kredit verəcək

"Yapı Kredi Bank Azərbaycan" da kredit verəcək

"Yapı Kredi Bank Azərbaycan" QSC nağd pul krediti kampaniyasına start verib. Bankdan bildiriblər ki, kreditin məbləği maksimum 10 min manat (avro, dollar ekvivalenti) olmaqla 6-36 ay müddətinə verilir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 24.75-27.58 faiz (illik faiz dərəcəsi 24 faiz, sənədləşmə komissiyası 1 faiz) arasında dəyişir. Kreditdən istifadə edən müştərilər üçün həyat sığortası tətbiq edilə bilər.

Nağd pul krediti ilə bağlı əlavə məlumatı *0444 Yapı Kredi telefon mərkəzindən əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə