İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı seminar keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, b elə ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə noyabrın 27-də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda növbəti seminar keçirilib.
Tədbirdə təhsil müəssisəsinin müəllim və tələbələri iştirak edib.
Seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilmiş, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılmış, onlara istehlakçı hüquqlarına dair 18 adda müxtəlif bukletlər və yaddaş kitabçaları paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB