İqor Seçin: ““Türk böhranı” “Rosneft”ə təsir etməyəcək”

İqor Seçin: ““Türk böhranı” “Rosneft”ə təsir etməyəcək”

""Türk böhranı" "Rosneft"ə təsir etməyəcək, baxmayaraq ki, aparılacaq müəyyən siyasi korrektələr gözləniləndir". SİA "itar-tass"a istinadən xəbər verir ki, bu barədə neft şirkətinin rəhbəri İqor Seçin jurnalistlərlə söhbətində deyib.

"Biz oraya (Türkiyəyə) heç nə göndərmirik. Ona görə də bizə hər hansı təsirin ola biləcəyinə inanmıram"-deyə qeyd edən "Rosneft" rəsmisi həmçinin bildirib ki, aparılacaq siyasi korrektələr məhz son hadisələrlə bağlı olmalıdır.

Qeyd edək ki, Rusiya öz vətəndaşlarının Türkiyəyə turist səfəri etmələrinin qarşısını alan qərar qəbul edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə