İranın ODSS (Oil Design &Construction Co) şirkətinin MDB ölkələri üzrə biznesin inkişafı meneceri Arman Şafieinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
ADNSU-dan bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsinin tarixi, inkişaf mərhələləri, fəaliyyəti barədə qonaqlara məlumat verib, universitetin çox yüksək elmi potensiala malik olduğunu bildirib.
Görüşdən məmnunluğunu bildirən Arman Şafieini təmsil etdiyi şirkətin ayrı–ayrı ölkələrdə həyata keçirdiyi layihələrdən söz açıb, ADNSU–nun mütəxəssislərinin köməyi ilə yeni layihələrin işlənməsinin mümkünlüyünü söyləyib.
Sonra əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB