Zaqatalada arı ailələrinin qışa hazırlıq prosesi yekunlaşır
Arı təsərrüfatlarının sağlam, tələf olmadan yaza çıxması üçün qışa hazırlıq işlərini vaxtında və düzgün şəkildə görmək olduqca vacibdir. Şimal-qərb bölgəsində arıçılıqla məşğul olan fermerlər arı ailələrinin qışa hazırlıq prosesini yekunlaşdırmaq üzrədir.
Zaqatala rayonunda ümumilikdə 460 arıçılıq təsərrüfatında təqribən 19 min arı ailəsi qeydiyyata alınıb. Bu sahə ilə məşğul olan iri və xırda sahibkarlar tərəfindən arı ailələrinin qış mövsümünə hazırlıq işləri aparılır. Arı pətəkləri təmizlənib, qurudulub, artıq və boş bal çərçivələri götürülüb. Yetkin arı ailələrindən fərqli olaraq, gənc və xırda arı ailələri nisbətən zəif olduqları üçün onlara xüsusi xidmət göstərilir.
Mütəxəssislərin sözlərinə görə, rayonda ayrıca laborotoriyanın olmaması arıçılar üçün çətinliklər yaradır. Belə ki, onlar arı ailələrinin tələfolma səbəblərini, xəstəlikləri barədə məlumat əldə edə bilmirlər. Nəticədə müalicə və profilaktika işləri düzgün aparılmadığından eyni problem yenidən baş verir. Arıların sağlam və itkisiz yaza çıxmaları üçün pətəklərdə yetərincə yem ehtiyatını saxlamaq, xəstəliklərə qarşı profilaktik müalicə və arıları qışın soyuğundan qorumaq üçün tədbirlərin görülməsi vacibdir. Mütəxəssislərin fikrincə arı təsərrüfatlarının yaşayış məkanlarından kənarda saxlanılması da qışlamaya müsbət təsir göstərir.
Əlmaniz Ələkbərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB