"Darvin bankası" yatağındakı 670 nömrəli meydançadan 663 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, quyu Qirməki Lay Dəstəsindən, 1445-1364 metr dərinlik intervalından sutkalıq təxminən 5 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyuda istismar işləri "Azneft" İB-nin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB