ABŞ-ın Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsinin mətbuata verdiyi məlumatda ABŞ-a məxsus "USS Lassen" gəmisinin Çinin Cənub dənizinin
ərazisinə daxil olduğu bildirilib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Çinin Xarici İşlər Naziri ABŞ-ı düşünmədən hərəkət etməkdən yayınmağa çağırıb və ölkənin suverenliyini pozmamağa xəbərdar edib.
ABŞ-a məxsus gəmi Çinin Subi və Misçif mərcan qayalıqlarının Spratli arxipelaqı ətrafında 12 millik əraziyə daxil olub. Səlahiyyətli nümayəndə ABŞ-ın naviqasiya sərbəstliyi hüququndan istifadə etdiyini bildirib.
Digər tərəfdən Çinin paytaxtı Pekində keçirilən bir müzakirədə çıxış edən Çinin Xarici İşlər naziri Vanq Yi ABŞ-ı vəziyyəti gərginləşdirməməsi üçün xəbərdar edib.
Çinin rəsmi xəbər agentliyi "Şinhua"ya açıqlama verən nazir bildirib ki, ABŞ-ı müvafiq addımı atmamışdan əvvəl iki dəfə düşünməyə, tələsməməyə və olmayan yerdən problem çıxartmamağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB