Rusiya İŞİD-in 83 mövqeyini məhv etdi

Rusiya İŞİD-in 83 mövqeyini məhv etdi

Rusiya reaktivlərinin Suriyanın Lazkiyə şəhərində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində İŞİD-in 83 mövqeyi məhv edilib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, Rusiyanın Müdafiə Nazirliyi sözcüsü İqor Konaşenkov bildirib ki, Rusiyanın hərbi təyyarələrinin son 24 saat ərzində həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində İŞİD-in 83 hərbi mövqeyi məhv edilib.

Hərbi əməliyyatlarda əsasən Əl Nüsra cəbhəsi hədəf götürülüb.

Məlumata görə, İdlib şəhərində həyata keçirilən əməliyyatlar zamanı isə komandirlərin də olduğu bir hərbi mərkəz məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə