Vergi orqanlarının inzibati aktları əsasında borclu şəxslərin ölkədən çıxmağı məhdudlaşdırıla biləcək

Vergi orqanlarının inzibati aktları əsasında borclu şəxslərin ölkədən çıxmağı məhdudlaşdırıla biləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib. SİA-nın məlumatına görə, qanun layihəsi haqda danışan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Onun sözlərinə görə, dəyişikliklər borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məhkəmə qərarları əsasında verilmiş icra sənədləri ilə yanaşı, həm də vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri əsasında da həyata keçirilməsini müəyyən etmək məqsədi ilə edilir.

Qanun layihəsi səsə qoyulub və qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə