Dövlət rüsumu ödənilən orqanların işçilərinin maddi təminatı yaxşılaşdırıldı

Dövlət rüsumu ödənilən orqanların işçilərinin maddi təminatı yaxşılaşdırıldı

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub. Bildirilib ki, dəyişikliyə əsasən, bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən işçilərin maddi təminatını yaxşılaşdırmaq məqsədilə dövlət rüsumu ödənilən orqanların xüsusi hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir.

Səsvermə keçirilərək qanun layihəsi qəbul edilib.

Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə