"Excelsior Hotel" də "Baku Fashion Night"ın mətbuat konfransı keçiriləcək
"Excelsior Hotel & Spa Baku" otelində "Baku Fashion Night" tədbirinə həsr edilmiş mətbuat konfransı keçiriləcək. SİA-ya verilən məlumata görə, mətbuat konfransında "FMS Models" məktəbinin rəhbəri Lyubov Quturova və məşhur ispan dizayneri Cordi Dolman iştirak edəcək. Mətbuat konfransında iştirak etmək istəyən mətbuat nümayəndələri [email protected] ünvanına e-mail yazaraq qeydiyyatdan keçə bilərlər.
"Baku Fashion Night" Azərbaycanın moda sənayesinin ən əhəmiyyətli və vacib tədbirlərindən biridir. "Baku Fashion Night" layihəsi ildə iki dəfə Payız-Qış və Bahar-Yay mövsümlərində keçirilir. Tədbir "FMS Models" məktəbinin təşkilatçılığı,"Excelsior Hotel & Spa Baku" otelinin və "İD FASHİON CHANEL" nin dəstəyi ilə keçiriləcək.
Üç gün ərzində Aslı Cekson, Veronika Vero , Ülkər Hüseynova, Fəxriyyə Xələfova, Günay Quliyeva, Gülabatin Əskərova və ispan dizayneri Cordi Dolmau iştirak edəcəklər. "Baku Fashion Night"tədbirinə biletləri"Excelsior Hotel & Spa Baku" otelindən əldə etmək olar.
"Excelsior Hotel & Spa Baku"oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi vardır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB