Rusiyanın Qərblə əlaqələri korlaması Azərbaycana nə vəd edir? AÇIQLAMA
"Bu il qeyri-neft sektorunun istehsalında müəyyən dərəcədə artım müşahidə olundu". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bu ilin iqtisadi göstəricilərinə nəzər saldıqda qeyri-neft sektorunun payında müəyyən dərəcədə artım müşahidə olunur: "Neftin qiyməti ilə əlaqədar neft sektorunun payı azaldıqca qeyri-neft sektorunun xüsusi çəkisi artır və bu, özünü ümumi daxili məhsulun istehsalında da göstərir. Lakin xarici ticarətdə neft sektorunun yəni enerji məhsullarının payı hələ də yüksəkdir. Bu, təqribən 94 faiz təşkil edir".
İqtisadçının sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı keçən ilə nisbətən 2-3 faiz artıb: "Rusiya bazarı kənd təsərrüfatı məhsullarımızın ənənəvi bazarıdır. Rusiyanın Qərblə əlaqələrinin korlanması Azərbaycan məhsullarının artımına səbəb ola bilər. Çünki bu ölkə çox böyük bazara sahibdir. Lakin hazırda bəzi struktiv problemlərə görə biz öz məhsullarımızı xeyli dərəcədə artıra bilmirik. Əgər bəzi problemlər həll olunsa Azərbaycan Rusiyaya istehsal prosesini daha da artıra bilər. Bunun üçün fermerlərə çox ciddi dəstək olmaq və müəyyən dərəcədə gömrüklə bağlı yaranan bəzi problemləri həll etmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB