Sentyabr ayında "Elektron hökumət" portalı üzərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) ən çox istifadə olunan 6 elektron xidməti arasında ikinci yerdə "Telefon nömrəsi üzrə axtarış" xidməti qərarlaşıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ötən ay portal istifadəçiləri telefon nömrəsi üzrə axtarış sisteminə 66807 dəfə müraciət edib.
Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.
Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB