“Can Azərbaycan” seçmə şeirlər toplusu təqdim edilib FOTOLAR
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan" adlı layihə çərçivəsində çap etdirdiyi "Can Azərbaycan" şeirlər toplusu ictimaiyyətə təqdim olunub. Dünya Gənc Türk Yazarlar Birliyindən SİA-ya verilən məlumata görə, ədəbi ictimaiyyət nümayəndələrinin, QHT təmsilçilərinin də iştirakı ilə Kitabevim.az marketdə baş tutan tədbirdə toplunun məzmun və ideyası barədə məlumat verilib.
Tədbiri çıxış edən layihə rəhbəri Əfsanə Ələsgərli topluda Azərbaycan adlı, Vətən sevdalı şeirlərin yer aldığını söyləyib. O bildirib ki, toplunun məqsədi ədəbiyyatımızda vətənimizin gözəlliyi ilə yanaşı, yurd sevgisini bədii boyalarla əks etdirən, Azərbaycanla bağlı şeirləri bir araya toplamaq, gənc ədəbi nəslə təqdim etməkdən ibarətdir.
Daha sonra kitabın tərtibçisi Sərdar Şirvan qeyd edib ki, topluda yer alan poeziya nümunələri bütövlükdə Azərbaycan şairlərinin yaradıcılığını əks etdirir. Məmmədhüseyn Şəhriyar, Əhməd Cavad, Səməd Vurğun, Məmməd Araz, Xəlil Rza və s. şairlər başda olmaqla, topluya daxil edilmiş şairlərin poeziya nümunələrində vətən məhəbbəti, yurd sevgisi, vətənpərvərlik duyğuları, milli özünüdərk ideyaları öz əksini tapır.
Professor Almaz Ülvi təşkilatın dərc etdiyi digər toplular kimi, bu nəşrin də DGTYB-nin ədəbiyyatımıza bir töhfə olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, toplunun redaktoru Əkbər Qoşalı, məsləhətçiləri isə professor Güllü Yoloğlu, dosentlər Rəsmiyyə Sabir və Şəmil Sadiqdir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB