"Deputatlar əvvəllər təmsil etdikləri bölgələr haqqında danışırdılarsa, bu dəfə ümumimilli maraqlar baxımından çıxış edirlər. Bu da çox önəmli və dəyərlidir". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin plenar iclasında Parlamentin İqtisadi Siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. O bildirib ki, dünyada böhran və qarşıdurmaların artması, neftin qiymətinin sürətlə aşağı düşməsi neft istehsal və istehlak edən ölkələrə problem yaradır: "Neftin qiyməti iki dəfəyədək aşağı düşüb. Bu, büdcə gəlirlərinin, neftdən transfetrlərin azalmasına səbəb olub. Son illərdə Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliyin ana xətti qeyri-neft sektorunun inkişafının payına düşüb. Azərbaycanın müstəqilliyinin ilk illərində qeyd edilirdi ki, ölkə iqtisadiyyatı neftdən asılıdır və neftdən gələn gəlirlər azaldıqca iqtisadiyyata təsir edəcək. Amma bu gün qeyri-neft sektorunun inkişaf dinamikası imkan verir ki, bu istiqamətdən gələn gəlirlər çoxalsın. Büdcə gəlirlərinin azalması o demək deyil ki, Azərbaycanın gəlirləri azalıb. Qeyri-neft sektoru hesabına yeni iş yerləri açılıb, Azərbaycan öz məhsulunu istehsal edir. Qarşıdakı dövrdə də neft-qaz kompleksi sürətlə inkişaf edəcək".
Komitə sədri bildirib ki, Azərbaycanda yaranmış demoqrafiq səviyyəyə uyğun olaraq yeni iş yerləri açılmalıdır: "30 min iş yerinin bağlanması ölkə üçün böyük məsələdir. Sistemli təhlil etməliyik ki, heç vaxt işsizlik səviyyəsi əldə etdiyimiz hədlərdən aşağı olmasın. Artıq bu istiqamətdə işlər gedir. Müəssisələr açılmalıdır ki, yeni iş yerləri yaransın".
Millət vəkili texnoparklar barədə də danışıb: "Texnoparklar yaradılıb, amma problemlər var. Onların ixrac potensialı artırılmalı, vergilərdən azad edilməlidir. Vergi məcəlləsində dəyişiklər ediləcək və bu, real sektorun inkişafına kömək edəcək. Real sektorun inkişaf istiqamətləri çox böyükdür. Bakıda tikiş fabriki var və orada 700-800 nəfər işləyir. Bu müəssisələrin filialları yaradılıb və yeni iş yerləri açılır. Toplanmış vəsaitlərin əksəriyyətini böyük layihələrin həyata keçirilməsinə səfərbər edərək, sosial proqramlar, şəffaflıq ön plana çəkilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB