Oqtay Əsədov: "Dünyada baş verən iqtisadi proseslər ölkələri sınağa çəkir"
"Dünyada baş verən iqtisadi proseslər ölkələri sınağa çəkir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu proseslər ölkəmizə çox təsir göstərməyib". Bu sözləri parlamentin plenar iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib. O, ölkə iqtisadiyyatının neftdən asılılığının azalması yönündə işlər aparıldığını qeyd edib.
"2016-cı ilin büdcəsində sosial yönümlülük qorunub saxlanılıb. Büdcənin əksər hissəsi Dövlət Neft Fondundan edilən transfer hesabına formalaşıb. Ancaq ötən illə müqayisədə bu transfer 42 faiz azalıb.
2016-cı ildə qeyri-neft sektorundan gələn gəlirlər 3,4 fazi artacaq. Növbəti ilin büdcəsində milli təhlükəsizlik məsələləri diqqət mərkəzində saxlanılıb və bu istiqamətə lazımi maliyyə ayrılıb"- deyə, Milli Məclisin sədri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB