Tbilisidə “Qafqaz pendiri-2015” festivalı keçirilir

Tbilisidə “Qafqaz pendiri-2015” festivalı keçirilir

Oktyabrın 10-da Tbilisidə birinci "Qafqaz pendiri-2015" festivalı açılıb. İki gün davam edəcək festivalda Azərbaycanı "Pak qida" MMC təmsil edir.

Azərbaycan Süd İstehsalçıları Assosiasiyasının sədri İslam Hüseynov xüsusi müxbirinə müsahibəsində deyib ki, "Pak qida" MMC festivalda 35 çeşiddə məhsul nümayiş etdirir. Festivala gələnlər Azərbaycan məhsullarına böyük maraq göstərirlər.

Tbilisinin mərkəzindəki Rike parkında keçirilən festivalın açılışında Gürcüstanın kənd təsərrüfatı naziri, Tbilisi şəhərinin meri və digər rəsmi şəxslər Azərbaycan guşəsinə baş çəkiblər.

Festivalda Azərbaycan ilə yanaşı, Qafqazdakı digər respublikaların pendir istehsalçıları iştirak edirlər.

Festival çərçivəsində satış da təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə