Nazir: "Azərbaycan Beynəlxalq Bankında sağlamlaşdırcı işlər həyata keçirilir” AÇIQLAMA
"Azərbaycan Beynəlxalq Bankın (ABB) sabiq rəhbərləri çox böyük səhvlərə və qanun pozuntularına yol veriblər". SİA-nın məlumatına görə, bu sözləri bu gün maliyyə naziri Samir Şərifov Milli Məclisdə "Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, sözügedən bankın sabiq rəhbərlərinin hərəkətlərinə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilməsinin zəruri olduğunu qeyd edib: "Həmin dövrdə Azərbaycan Beynəlxalq Bankı tərəfindən kreditlərin girov təminatı alınmayıb, riskli kreditlər verilib və digər qanuna zidd əməliyyatlar həyata keçirilib. Nəzərə almaq lazımdır ki, ABB Qafqazın ən böyük bankıdır. Burada əhalinin böyük məbləğdə əmanətləri mövcuddur. Hazırda Azərbaycan Beynəlxalq Bankında sağlamlaşdırcı işlər həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB