Sentyabrın 29-30-da İtaliyanın Milan şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 7-ci iclası keçirilib. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib. ARDNF-dən SİA-ya verilən məlumata görə, iclas zamanı SFBF üzvləri 2014-cü ildə Dohada keçirilmiş görüşdə müəyyən edilmiş öhdəliklər barəsində fikir mübadiləsi etmiş, investisiya və risklərin idarə edilməsi, daxili idarəçilik məsələləri ətrafında təcrübə mübadiləsi aparıblar. Bundan əlavə SFBF-nin yeni İdarə heyətinə yeni üzvlər seçilmiş ("Abu Dhabi Investment Authority", "Qatar Investment Authority", "GIC Private Limited" və "China Investment Corporation") və 9-cu iclasın 2017-ci ildə Samruk-Kaznya ASC təfərindən Qazaxıstanda təşkil ediləcəyi elan edilib. 2016-cı ildə baş tutacaq iclas Yeni Zelandiyanın suveren fondu tərəfindən Okland şəhərində təşkil ediləcək.
SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il oktyabrın 8-9-da Bakıda keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB