2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin eymək məqsədilə Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmmiyyətində tədbirlər planı hazırlanıb.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlər planına əsasən, müntəzəm surətdə avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə məlumatların toplanması, respublikanın magistral avtomobil yollarında, dağlıq rayonlarda, həmçinin Bakı şəhərinin avtomobil yollarında, prospekt və küçələrində mövcud vəziyyət barədə operativ tədbirlərin görülməsi məqsədi ilə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də sutkalıq növbətçilik yaradılıb.
Növbətçinin daxil olan məlumatları operativ şəkildə qeyd edib cəmiyyətin tabeliyində olan şöbə və idarələrə çatdırmasını təmin etmək məqsədilə 1 oktyabr 2015-ci il tarixindən etibarən (012) 599-79-75 nömrəli xüsusi telefon xətti ("Qaynar xətt") fəaliyyətə başlayır.
Qeyd edək ki, "qaynar xətt" 24 saat ərzində daxil olan zəngləri qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB