Layihələrin qəbuluna başlandı

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Xəzər rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, SKMF sentyabrın 23-də Xəzər rayonunun Türkan qəsəbəsində işgüzar forum keçirib.

Sahibkarlardan istixana, zeytunçuluq və üzümçülük (istixana şəratində) təsərrüfatlarının, həmçinin ət kəsimi, üzlük daşların və plastik qabların istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə