Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,06 dollar yaxud 0,12% ucuzlaşıb. SİA-nın xəbərinə görə, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,26 dollara bərabərdir. Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 54,02, dünən isə 50,32 dollar/barel olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB