Heydər Əliyev prospekti yan yollarda hərəkət məhdudlaşdırılacaq

Heydər Əliyev prospekti yan yollarda hərəkət məhdudlaşdırılacaq

Bu gün saat 22-dən avqustun 2-si səhər saat 5-dək Heydər Əliyev prospekti yan yollarda, prospektin Heydər Əliyev Mərkəzinin qarşısından "Böyük Şor" yol qovşağınadək olan hissəsində hər iki hərəkət istiqaməti üzrə yolda üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, həmin müddət ərzində prospektin yan yollarında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülər Heydər Əliyev prospektinin əsas yolundan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə