Fermerlərə şad xəbər
Torpaq bankı yaradılır

Azərbaycanda torpaq bankının yaradılması təklif olunur. Bunda əsas məqsəd kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan fermerlərə sadə şərtlərlə kreditlərin verilməsidir. Bəs bu sistem yaradılarsa necə işləyəcək?

Kənd təsərrüfatı ili olsa da məhz iqtisadiyyatın bu sahəsində fəaliyyət göstərən fermerlərin əksəriyyəti banklardan asanlıqla kredit ala bilmirlər. Səbəb isə məbləği nisbətən yüksək olan kreditlər üçün bankların fermerlərdən tələblərinin çox olmasıdır. Çıxış yolu kimi Mütəxəssislər dünyanın bir çox ölkəsində tətbiq olunan Torpaq Bankının yaradılmasını təklif edirlər...

Dünya təcrübəsində kənd təssərüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların kreditə əlçatnlığını artırmaq üçün bankları da stimullaşdırmaq üsulundan da istifadə edilir. kredit portfelində bu cür kreditlərə çox yer verən banklara müəyyən güzəştlər tətbiq etməklə bu sahədə ciddi canlanma əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə