"Azəriqaz" İstehsalat Birliyi ölkənin qaz təchizatının yaxşılaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər aparır, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin "mavi yanacaq"la təmin olunması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirir. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, mayın 25-də Masallı rayonunun Kolatan kəndinə təbii qazın verilişi bərpa olunub. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 1084 abonenti olan Kolatan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 50 297 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1084 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndə təbii qaz verilişinin bərpa olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB