Fuad Hümbətov: “Azərbaycanın biznes mühitinə maraq var” AÇIQLAMA
"Bu gün Almaniyanın inkişaf etmiş Türingen bölgəsindən işadamları Azərbaycana səfər edib. Bu səfər çərçivəsində Türingen bölgəsindən olan işadamlarına Azərbaycanda tərəfdaş tapmaqda, Azərbaycana investisiya yatırmaqda müvafiq əməkdaşlıq üçün Azərbaycan şirkətlərini də dəvət etdik və ikili görüşlər əldə etdik". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının baş katibinin müavini Fuad Hümbətov deyib.
Onun sözlərinə görə, Türingen bölgəsinin idarəçiliyi özü bu biznes forumun keçirilməsində maraqlı olub. Forumda Avropanın məşhur şirkətləri iştirak edir. Azərbaycan iqtisadiyyatı artıq iri şirkətləri də özünə cəlb edir: "Bu forum çox maraqla qarşılandı, çünki ilk dəfədir ki, Türingen özü Azərbaycana maraq göstərib. Azərbaycan tərəfindən bu qədər maraq olacağını da gözləmirdilər. Hesab edirəm ki, son zamanlar Azərbaycanın makro – iqtisadi göstəriciləri belə deməyə əsas verir ki, bir çox Avropa ölkələri belə Azərbaycanın biznes mühitinə maraq göstərirlər. Azərbaycanlı işadamları ilə əməkdaşlıq etməyə səy göstərirlər və belə bir səylərdən biri də bugünki səfər idi. Nəinki Almaniyada, hətta Avropada tanınmış böyük şirkətlərin nümayəndələri biznes forumda iştirak etdilər, tərəfdaş tapdılar, gələcək layihələri müzakirə etdilər. Günün ikinci yarısında və sabah da Azərbaycanın tanınmış şirkətləri ilə biz görüşlər təşkil edəcəyik. Bu həm Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına, həm də Azərbaycan ixracat mallarının dünyada tanınması üçün böyük bir imkandır. Bunu da təmin etməyə çalışırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB