Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2015-ci ilin ölkəmizdə "Kənd təsərrüfatı ili" elan olunması aqrar bölmənin canlanmasına ciddi təsir göstərib. SİA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri dövlətin yaratdığı güzəştli imkanlardan bəhrələnərək Almaniyadan lizinq yolu ilə növbəti cins mal-qara gətiriblər. Yeni gətirilmiş mal-qara Lənkəran Rayon Baytarlıq İdarəsi və Rayon Baytarlıq laboratoriyasının əməkdaşları tərəfindən nəzarətdə saxlanılaraq onlardan götürülən nümunələr müayinə məqsədilə Respublika Baytarlıq İdarəsinə göndərilib.
Lizinq yolu ilə Almaniyadan Lənkərana gətirilmiş 79 baş yeni cins mal-qara əsasən "Qolştin Friz" növünə aiddir.
30 gün karantində saxlanılacaq südlük heyvanlar rayon baytarlıq idarəsi və zona baytarlıq laboratoriyasının əməkdaşları tərəfindən ardıcıl olaraq müxtəlif müayinələrdən keçirilir.
İlkin olaraq isə cins heyvanlara dabaq xəstəliyinə qarşı pevəndlər vurulub. Paralel olaraq hər hansı bir xəstəliyin olub-olmamasını müəyyən etmək üçün heyvanlardan qan nümunələri götürülür. Götürülmüş qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında yoxlananadan sonra infeksion xəstəliklər barədə rəy veriləcək.
Qeyd edək ki, hazırda Lənkəranda 53 min 348 baş iribuynuzlu mal-qara, 21 min 421 baş davar vardır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB