İlham Şaban: “Dünyada qaz brendi “Shell”ə məxsus olacaq” AÇIQLAMA

İlham Şaban: “Dünyada qaz brendi “Shell”ə məxsus olacaq” AÇIQLAMA

"Əgər hər hansı bir beynəlxalq şirkətin səhmləri dünya birjasında aşağı düşürsə və yaxın illərdə hər hansı səhmdən əldə edəcəkləri dividentlər onları qane etmirsə, o zaman həmin şirkətlər öz şirkətlərini daha irilərinə satırlar". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban açıqlamasında deyib.

Onun sözlərinə görə, dünyada qlobal şirkətlər hər zaman səhmlərinin dəyərini itirdiyi bir vaxtda çıxış yolunu öz səhmlərini daha iri şirkətə satmaqda tapırlar: "Shell" isə "British Gas" şirkətini həmin yolla əldə edərək dünyanın qaz sahəsində birincisi olmağa çalışır. Yəni onlar bu zaman daha çox gəlir əldə edirlər. Bu baxımdan da "British Gas" şirkətinin "Shell" kimi dünya nəhənginə satışını bu səpkidə qiymətləndirmək olar. Təsəvvür edin ki, 70 milyard dollara bir şirkətin alınması, həqiqətən də böyük bir alış-veriş ticarətidir. 2016-cı ilin birinci rübündə alqı –satqı başa çatarsa, hüquqi baxımdan yekunlaşandan sonra "Shell" şirkəti "Chevron" kimi şirkətdən daha böyük bir şirkətə çevriləcək. Nəinki daha böyük, ondan qat- qat irəlidə gedən bir şirkət olacaq. Bundan əlavə, BP kimi bir şirkətdən iki dəfə böyük şirkətə çevriləcək".

Ekspert onu da vurğuladı ki, "Shell" şirkətinin bu addımı atması başa düşüləndir. Çünkü bu addım vasitəsilə hər il 15 milyard dollar əlavə gəlir əldə edəcək və artıq qaz brendi üzrə dünya liderinə çevriləcək: "Bu vəsaiti xərcləməyinə isə əlbəttə ki, dəyər. Onun sırf mənfəəti bir ildə 15 milyard dollar olacaq. "Shell" ümumiyyətlə dünyada təbii qaz çəkiyə mindikdən sonra, qaz şirkəti kimi formalaşıb. Dünyada ən mürəkkəb qaz texnologiyalarından istifadə edən şirkət "Shell"dir. Yəni dünyada qaz brendi "Shell"ə məxsus olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə