Nazirliyə 183 müraciət daxil olub

2015-ci ilin mart ayı ərzində Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi"nə daxil olan müxtəlif məzmunlu 183 müraciət qeydə alınıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, daxil olan müraciətlərdə qaldırılan məsələlərə aydınlıq gətirilmiş, cavablandırılması operativlik tələb edən sorğular əsasında məsləhət-informasiya xidməti göstərilib.

Müraciətlər əsasən nazir Heydər Əsədov tərəfindən vətəndaşların qəbulunda iştirak etmək, yeni kənd təsəsrrüfatı texnikalarını almaq və lizinq yolu ilə satılmış kənd təsərrüfatı texnikalarının dəyərinə tətbiq edilən güzəştlər üzrə elektron qeydiyyatının mexanizmi, subsidiyaların kart hesablarına köçürülmə vaxtının dəqiqləşdirilməsi, gübrələrin güzəştli şərtlərlə satış qiymətləri, Novruz bayramı günlərində yeni açılmış kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının yerinin dəqiqləşdirilməsi və süni qiymət artımının qarşısının alınması ilə əlaqədar təkliflər, taxıl əkinlərin suvarılmasına köməklik göstərilməsi, Respublikanın bəzi rayonlarında iri buynuzlu heyvanlar, həmçinin davarlar arasında peyvəndləmə işlərinin aparılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, "Azərtoxum" MMC-dən keyfiyyətli toxum əldə edilməsi, güzəştli şərtlərlə kənd təsərrüfatı təyinatlı kreditlərin əldə edilməsi və s. məsələlərlə bağlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə