Mənsur Bərxudarov: “Enerji təhlükəsizliyində maraq var” AÇIQLAMA
"Bu gün Azərbaycan həmin beynəlxalq enerji layihələrində iştirak edir ki, onlar sırf Avropanın enerji təhlükəsizliyi ilə bağlı layihələrdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib. Onun sözlərinə görə, artıq təməlqoyma mərasimi keçirilən TANAP layihəsinə gələcəkdə TAP layihəsi də qoşulacaq və Azərbaycan qazı artıq Avropanın mərkəzinə qədər gedib çıxacaq: "Bu gün söhbət gedir TAP, TANAP, Cənub Qaz Dəhlizindən və "Şahdəniz -2" yatağından qazın Avropaya ötürülməsi. Azərbaycan layihələrdə aktiv iştirak edir. Avropanın enerji ilə, xüsusilə mavi qazla təminatında Azərbaycanın xüsusi rolu var. Rusiyadan Avropanın qaz asılılığının azaldılması kontekstində Azərbaycanın yeri daha da möhkəmlənir, Azərbaycanın mövqeyi daha da qabarıq şəkildə ortaya çıxır. Ölkəmizin artıq TANAP layihəsinin təməlqoyma mərasimi baş tutdu və artıq bu layihə reallaşır. TANAP layihəsindən sonra TAP layihəsi gəlir. Bildiyiniz kimi Yunanıstan ərazisində TANAP layihəsinə TAP da qoşulur. Artıq Azərbaycan qazı bütün demək olar ki, Avropanın Cənubi və Mərkəzi – şərqi ölkələrinə də gələcəkdə ötürüləcəkdir".
Ekspert qeyd etdi ki, həmişə onsuzda beynəlxalq enerji layihələri üçün təhdidlər olur, bu gələcəkdə də ola bilər. Lakin bu gün həm qaz ixrac edən ölkələr, həm də idxal ölkələr nəqliyatın həyata keçirilməsində maraqlıdırlar: "Azərbaycanın bu enerji layihələrinə qarşı təhdidə gəldikdə isə, bu təhdid həmişə olub, bu gün də var, gələcəkdə də olacaq. Bu gün geo – iqtisadi müstəvidə enerji təhlükəsizliyinin təminatında hər bir ölkənin xüsusi bir marağı və rolu var. Dünyada enerji ixrac edən ölkələr var, enerji idxal edən ölkələr var. Həm enerji ixrac edən ölkələr, həm də onu idxal edən ölkələr bu gün maraqlıdırlar ki, həmin enerji təhlükəsizliyinin, xüsusilə də qaz təhlükəsizliyinin təmin olunmasında divertifikasiyaya nail olunsun. Divertifikasiyaya nail olunması enerji təhlükəsizliyinin təmin olunması üçün mühüm bir məsələdir. Ona görə də gələcəkdə Türkmənistan da öz enerji təhlükəsizliyinin, yəni enerji ixracının təhlükəsizliyini təmin etmək üçün, özünü siğortalamaq üçün addımlar atır. Artıq Çinə, Rusiyaya və İrana qaz ixrac edən ölkə olan Türkmənistan Xəzər vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə yolu ilə Avropaya qazını ixrac etməkdə maraqlıdır. Bu o deməkdir ki, həm ixrac edən ölkələr, həm idxal edən ölkələr bu gün qazın nəqli prosesinin divertifikasiyasında maraqlı tərəf kimi çıxış edirlər. Gələcəkdə yarana biləcək təhdidlərdən özlərini siğortalamaq üçün bu addımlar atılır. Əlbəttə ki, bu təhdidlər həmişə var və gələcəkdə əlbəttə ki, bu təhdidlər daha da çox arta bilər. Ona görə ki, geo- iqtisadi, geo- strateji qarşıdurmalar əlbəttə ki, gələcəkdə təhdidlərin artmasına səbəb olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB