"Son günlər valyuta məzənnələrində dəyişikliklər edilməsindən sonra iqtisadiyyatda bir qeyri müəyyənlik mövcuddur". Bunu SİA-ya açıqlamasında iqtisadçı Azər Mehdiyev söyləyib.
İqtisadçı bildirib ki, sanki hər kəs nə isə gözləyir: "Bu gözləntilər daha çox iri supermarketlərdə və topdan satış məntəqələrində müşahidə olunur. Hətta valyuta dəyişdirmə məntəqələrində manatın alınmasına belə qeyri-rəsmi qadağalar var. Sanki Azərbaycanda iqtisadiyyat donmuş vəziyyətdədir. Hər kəs gözləmə mövqeyindədir. Düşünürəm ki, bununla bağlı nazirliklər hərəkətə gəlib qərar verməlidirlər ki, iqtisadiyyat nə üçün donub. Bu qeyri-müəyyənlikdən heç kim addım atıb, real iş görmək istəmir. Hesab edirəm ki, bundan xilasın yeganə yolu müvafiq hökumət qurumlarının hərəkətə keçərək son sözlərini deməsi və insanlarda bir fikir formalaşdırmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB