Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 saylı stasionar dəniz özülündən 2206 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, quyu Fasilə Lay Dəstəsindən fontan üsulu məhsul vermiş, 2383-2362 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir. Cəlilabad rayonunun Abdullu kəndinə təbii qazın verilişi bərpa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB