Vüqar Bayramov: “Devalvasiya ixracı stimullaşdırır” AÇIQLAMA
"Mərkəzi Bankın rəsmi açıqlamalarında və eləcə də, inflyasiya ilə bağlı proqnozlarında əsasən milli valyutanın məzənnəsinin yumşaq dəyərdən düşəcəyi gözlənilirdi". SİA-nın məlumatına görə, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın açıqlaması gözlənilən deyildi və bank rəhbərliyinin açıqlaması ilə əməli üst- üstə düşmür: "Manatın məzənnəsini bazar deyil, Mərkəzi Bank sədri müəyyənləşdirdiyi üçün milli valyutanın kursunun necə olacağı sadəcə sözügedən bankın məlumatlarına əsasən müəyyənləşdirilə bilər. Proqnozlar sözügedən bankın açıqlamalarına əsasən verilir və həmin bankın fikirləri ilə əməli isə üst-üstə düşmür. Təbii ki, yumşaq develvasiya vəd edən Mərkəzi Bankın kəskin məzənnə azalmasına getməsi nəinki gözlənilən idi, ümumiyyətlə ehtiyac yox idi".
Vüqar Bayramov qeyd edib ki, manatın devalvasiyasının ixracı stimullaşdırıcı kimi müsbət təsiri olacaq: "Mərkəzi Bank yumşaq devalvasiya olacağına dair açıqlama verməsinə baxmayaraq, əslində kəskin devalvasiya getdi. Bunun, ixracı stimullaşdırması kimi müsbət təsirləri inkar edilmir. Bununla yanaşı, son addım istehlak bazarında qiymət artımına gətirib çıxaracaq. Çünki idxal olunan malların alqısı dollarla aparıldığı üçün, onlar manatla satıldığı üçün artıq qiymət artımı deməkdir. Son develvasiyadan sonra Mərkəzi Bankın bir rəqəmli inflyasiya proqnozlaşdırsa da 2015-ci ildə istehlak bazarında qiymət artımları iki rəqəmli olacaq".
Ekspert həmçinin qeyd edib ki, manatın devalvasiyası kredit bazarına da təsir edəcək. Banklardan manatla kredit alanlar daha az, dollarla kredit götürənlər isə, daha çox faiz ödəyəcəklər: "Dolların bahalaşmasının kredit bazarına da təsir göstərəcək. Bankdan dollar ilə kredit götürənlər manatla daha çox ödəməli olacaqlar. Kommersiya banklarından dollarla kredit götürən vətəndaşlar indi daha çox manat xərcləyərək dollar alacaqlar. Yəni əvvəlcə 10000 dollar kredit götürən şəxs 7800 manat+faiz ödəyirdisə, indi 10500 manat+faiz ödəyəcək. Bununla yanaşı, manatla kredit götürən şəxslər dollar ifadəsində daha az vəsait ödəyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB