"Dollar 1.05 AZN-dən yuxarı qalxmayacaq” AÇIQLAMA

"Dollar 1.05 AZN-dən yuxarı qalxmayacaq” AÇIQLAMA

"Manatın dollara nisbətən məzənnəsi hazırki qərarla olduğu kimi saxlanılacaq". Bu sözləri SİA-ya iqtisadçı ekspert İsmayıl Hüseynov Azərbaycan dolların qalxmasına münasibət bildirərkən deyib.

O bildirib ki, manatın məzənnəsinin dollara nisbətən 1,05 qəpik olacağı haqqında qərar Mərkəzi Bank tərəfindən əvvəlcədən qəbul olunmuşdu və bu qərar dəyişilməyəcək: "Dolların bahalaşması yalnız ölkəyə gətirilən məhsulların qiymətində fərq yarada bilər. Bu da yəqin ki, dövlət tərəfindən tənzimlənəcək".

Ekspert həmçinin vurğulayıb ki, ölkədə qiymət artımı və inflyasiyanın səviyyəsi nəzarətdə saxlanılmalıdır: "Manatın məzənnəsi hazırki vəziyyətdən yuxarı qalxmayacaq. Hesab edirəm ki, ölkədə qiymət artımı və inflyasiyanın səviyyəsinin artımına ciddi nəzarət ediləcək. Lakin istər- istəməz ölkədə ərzaq məhsullarının qiymətində artım yaranacaq. Çünkü ölkəyə gətirilən məhsulların çoxu əvvəlki valyutanın kursu ilə hesablanırdı. Hazırda məzənnənin bu qədər dəyişməsi əlbəttə ki, məhsulların qiymətinə təsir göstərəcək. Ölkədəki məhsullarda qiymət fərqi yarandığı zaman yəqin ki, inflyasiyanın səviyyəsi də qalxacaq. Səviyyəni sabit saxlamaq qeyri–mümkündür. Manatın məzənnəsi isə indiki vəziyyətdən yuxarı qalxmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə