Ötən ilin iqtisadi yekunları müzakirə edildi

Ötən ilin iqtisadi yekunları müzakirə edildi

"Azneft" İstehsalat Birliyində 2014-cü ilin texniki-iqtisadi yekunlarına dair hesabat müşavirəsi keçirilib. SİA-nın xəbərinə görə, birliyin Baş direktoru Daşqın İskəndərov 2014-cü ildə neft-qaz hasilatı sahəsində görülən işlərdən danışıb, qarşıya qoyulan tapşırıqların icrası barədə geniş məlumat verib, hasilatın stabilləşdirilməsi istiqamətində görülən tədbirlərdən, əsaslı tikinti və infrastrukturun abadlaşdırılması, tətbiq edilən yeni texnologiyalar, kadrların inkişafı, əməyin təhlükəsizliyi, ekologiya və sosial sahələrdə əldə edilən nailiyyətlərdən söz açıb. Birliyin İqtisadiyyat və Uçot İdarəsinin rəisi M.Əlizadə 2014-cü il üzrə maliyyə-iqtisadi göstəricilər barədə bəhs etmiş, əmək məhsuldarlığı, əmtəəlik məhsula çəkilən xərclər, satışların rentabelliyi, kapitalın və aktivlərin gəlirliliyi kimi göstəriciləri müqayisəli şəkildə təhlil etmişdir. Baş mühəndis - Baş direktorun birinci müavini B.Ağarəhimov texniki-istehsalat göstəriciləri barədə məlumat verib.

Sonda 2014-cü ilin nəticələri qənaətbəxş hesab edilib, bildirilib ki, 2015-ci il ərzində də iqtisadi göstəricilərin yüksəldilməsi, hasilatın artırılması, gənc kadrların inkişaf etdirilməsi, yeni texnologiyaların mənimsənilməsi kimi məsələlər Birliyin fəaliyyətində prioritet olacaqdır. Rumıniyada "SOCAR" brendi altında daha bir YDM istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə