İstifadəçilərin izlənməsinə dair qanun layihəsi (Bill C-13) bir neçə il müzakirə olunduqdan sonra nəhayət Kanada hökuməti tərəfindən bəyənilib. SİA-nın verdiyi xəbərə görə, sənəd müəlliflərindən biri olan Kanada ictimai təhlükəsizlik naziri Piter Makkeyin sözlərinə görə, hüquq-mühafizə orqanlarının təhqiqatlar zamanı səlahiyyətinin genişləndirilməsini nəzərdə tutan yeni qayda 2015-ci ilin martında qüvvəyə minəcək və internet cinayətlərinin qurbanlarının mühafizəsini lazımi səviyyədə təmin etməyə imkan verəcək.
Müzakirə olunduğu dövr ərzində sənədə bir sıra dəyişikliklər edilib. Belə ki, internet provayderlər tərəfindən istifadəçilərin aktivliyi haqqında hesabatın qanun keşikçilərinə təqdim olunması bəndi qanun layihəsindən tamamilə çıxarılıb. Bu bəndin əvəzinə isə kiçik internet şirkətlərinin dövlət tərəfindən informasiyanın toplanması və təhlili üçün əlavə maliyyələşdirmə mexanizmləri haqqında normalar əlavə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB