Ceyhan limanından 1 milyon 12 min 477 ton xam neft ixrac edilib

Ceyhan limanından 1 milyon 12 min 477 ton xam neft ixrac edilib

ARDNŞ 2014-cü ilin noyabr ayında Novorossiysk limanından 84 min 802 ton, Supsa limanından 169 min 385 ton, Ceyhan limanından 1 milyon 12 min 477 ton xam neft ixrac edib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 932 min 155 ton, Supsa limanından 2 milyon 702 min 891 ton, Ceyhan limanından isə 18 milyon 288 min 948 ton xam neft ixrac edilib. ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə