Azərbaycanın Hava Yolları oktyabr ayından etibarən Qırğızıstana uçuşları həyata keçirəcək. Bununla bağlı SİA-ya açıqlama verən AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli qeyd etdi ki, uçuşlar müntəzəm təşkil ediləcək: "Oktyabrın 26-dan sonra Qırğızıstanın paytaxtı Bişkek şəhərinə müntəzəm uçuşlara başlayacağıq".
İsrailin paytaxtı Təl – Əviv şəhərinə həyata keçirilən uçuşların sayına da əlavələrin olacağını qeyd edən AZAL nümayəndəsi, artıq bu ölkəyə səfərlərin həftədə 2 dəfəyə çıxacağını vurğulayıb: "İsrailin Təl-Əviv şəhərinə bazar günləri uçuruq. İndi isə həftənin bazar və ikinci günləri də uçacayıq. Bununla da, dekabrın 9-dan sonra uçuşların sayını həftədə bir dəfə də artırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB