Daha bir yol bağlandı sürücülərin nəzərinə

Daha bir yol bağlandı sürücülərin nəzərinə

Hazırda Büblül pr. S. Əsgərova küçəsi ilə kəsişmədən Füzuli küç. kəsişməyə kimi olan hissədə asfalt örtüyünün dəyişdirilməsilə əlaqədar olaraq yol bağlıdır. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, Salatın Əsgərova küçəsi S. Vurğun küç. ilə kəsişmədən R. Behbudov küç. kəsişməsinə kimi olan hissədə asfalt örtüyünün dəyişdirilməsilə əlaqədar olaraq yol bağlıdır. Sürücülərə Bülbül pr.-ə alternativ olaraq Səməd vurğun küçəsindən, Salatın Əsgərova küçəsinə alternativ olaraq isə Füzuli küçəsindən istifadə etmək tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə