Yaxın gələcəkdə Qazaxıstanla müqavilə imzalanacaq

Yaxın gələcəkdə Qazaxıstanla müqavilə imzalanacaq

"Azərbaycanla Qazaxıstan Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinin hazırlayıblar və yaxın vaxtlarda bu sənəd imzalanacaq". SİA-nın xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazirin sözlərinə görə, müqavilənin imzalanmasına qədər artıq tender şərtləri hazırdır: "Bu, çox yaxşı haldır. Çoxdan gözlənilən Xəzəraltı optik kabelin keçirilməsi və Azərbaycanı Orta Asiya ilə birləşdirib, Çinə aparıb çıxaracaq layihə artıq reallaşacaq. TASİM layihəsi BMT- nin Baş Assambleyasının xüsusi qətnaməsi əsasında həyata keçirildiyi üçün layihənin başlanmasına dair hətta Nyu-Yorkdan tez-tez təkliflər və tələblər gəlir".

Qeyd edək ki, TASİM" layihəsi Frankfurtdan Honkonqa istiqamətlən ən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya qədər uzanacaq. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə