Ötən ay "Xaçmaz" İES 22,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib

Azərbaycanın şimal bölgəsinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan "Xaçmaz" istilik elektrik stansiyası (İES) cari ilin yanvar-iyul aylarında 159,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə SİA-ya "Azərenerji" ASC-dən məlumat verilib.

Məlumata görə, ötən ay stansiya təqribən 22,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. 10 enerji blokundan ibarət "Xaçmaz" İES-in gücü 87 meqavatdır.

Qeyd edək ki, ötən il stansiyada 268,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə